Türk futbolçu Niderlandda mövsümün ən yaxşısı seçildi

22:34 31 May 2023

Niderland Erediviziyasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu, “Feyenoord”un kapitanı Orkun Kökçüdür. Bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.

 

Türkiyə millisinin üzvü çempionatda bu mövsüm 32 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun komandası Erediviziyada bu mövsüm çempion olub.

 

Qeyd edək ki, Orkun Kökçü Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçünün qardaşıdır.


Xəbər xətti