İbrahimoviç "Milan"dan ayrılacaq

16:55 2 İyun 2023

"Milan"ın forvardı Zlatan İbrahimoviç komandasını dəyişəcək.

 

Sportarena.az "Sky Sport"a istinadən xəbər verir ki, isveçli komandasını dəyişsə də, İtaliyada qalacaq. 

 

Məsələ burasındadır ki, hücumçuya "Montsa"dan təklif gəlib. 41 yaşlı futbolçu bu komandanın dəvətini qəbul etmək niyyətindədir. 

 

İbrahimoviçin "rossonyerlər"lə müqaviləsi iyunun 30-da başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti