Karrasko “Barselona”ya gedə bilər

21:27 2 İyun 2023

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Yannik Karraskonun komandada qalmasını istəyir. Argentinalı mütəxəssis belçikalı cinah yarımmüdafiəçisinin çıxışından razıdır. Amma qərarı futbolçu özü verəcək.

 

Sportarena.az xəbər verir ki, Simeone Yannikin ciddi təklifinin olduğunu deyib: “Karraskonun “Barselona”ya keçmək şansı yaranıb. Bu, onun üçün böyük fürsətdir. Mən həmişə ən yaxşı oyunçuların sərəncamımda olmasını istəyirəm, amma Yannik getsə, ona hər şey üçün təşəkkür edəcəm”.

 

“Barselona” Karraskonun transferi üçün 20 milyon avro təklif etməyə hazırlaşır. Futbolçu bu variantla razılaşmaq niyyətindədir. Transfer alınmasa, o, Madriddə qalacaq.


Digər xəbərlər

Xəbər xətti