Dia və İtalyano ayın ən yaxşıları elan edildilər

12:40 3 İyun 2023

İtaliya A Seriyasında may ayının ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “Salernitana”nın Seneqaldan olan hücumçusu Bulaye Dia mayın ən yaxşı futbolçusu seçilib.

 

26 yaşlı forvard ötən ay meydana çıxdığı 4 oyunda 4 qol vurub.

 

Mayın ən yaxşı məşqçisi isə “Fiorentina”nı çalışdıran Vinçentso İtalyano seçilib. Onun komandası ötən ay keçirdiyi 5 oyunda 2 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.


Xəbər xətti