Rafael Varan: “Böyük çətinliklərlə üzləşməyi xoşlayıram”

13:24 3 İyun 2023

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan İngiltərə Federasiya kubokunun “Mançester Siti” ilə final matçından öncə danışıb.

 

Sportarena.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, “şəhərlilər”in norveçli hücumçusu Erlinq Halandla rəqabəti “böyük çətinlik” adlandırıb:

“Böyük çətinliklərlə üzləşməyi xoşlayıram. Xüsusilə, bu, qeyri-mümkün bir şey kimi görünürsə. İş çətin olanda özümü daha motivasiyalı hiss edirəm. “Mançester Siti” oyun zamanı ən çox qol epizodu yaradan komandadır”.

 

Xatırladaq ki, Federasiya kubokunun həlledici qarşılaşması iyunun 3-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti