"Borussiya" baş məşqçisini istefaya göndərdi

14:52 3 İyun 2023

Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportarena.az xəbər verir ki, Münhenqladbax "Borussiya"sı Daniel Farke ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, Daniel Farke mövsümün əvvəlində "Borussiya"nın baş məşqçisi təyin olunmuşdu. Komanda Bundesliqanı 43 xalla 10-cu pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti