Messini heyətinə qatmaq istəyən klub Serxio Ramasa da müqavilə təklif edir

16:46 3 İyun 2023

Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

 

Sportarena.az "Defensa Central"a istinadən xəbər verir ki, "Əl-Hilal" 37 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

 

Təcrübəli oyunçunun nümayəndələri bir neçə aydır ki, mümkün transferlə bağlı danışıqlar aparır.

 

"Əl-Hilal" Ramosa 30 milyon avro maaşla iki illik müqavilə təklif edir.

 

Qeyd edək ki, Serxio Ramos 2021-ci ilin iyulundan PSJ-də çıxır. Onun mövsümün sonunda Paris təmsilçisindən ayrılacağı dəqiqləşib. "Əl-Hilal" Fransa klubunun digər ulduz futbolçusu Lionel Messini də heyətinə qatmağı planlaşdırır.


Digər xəbərlər

Xəbər xətti