İspaniya qran-prisinin qalibi bəlli oldu

20:50 4 İyun 2023

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə İspaniya qran-prisinin qalibi olub.

 

Sportarena.az  xəbər verir ki, “Mercedes”in iki sürücüsü Luis Hemilton və Corc Rassel yarışı 2-ci və 3-cü pillələrdə başa vurublar.

 

Maks Ferstappenin komanda yoldaşı meksikalı Serxio Peres isə 4-cü olub.

 

Növbəti qran-pri iyunun 18-də Kanadada keçiriləcək.


Xəbər xətti