"Yuventus" Kyeza ilə bağlı qərar verdi

15:44 28 Sentyabr 2023

“Yuventus” Federiko Kyeza ilə müqavilə müddətini artırmaq niyyətindədir.

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı futbolçu ilə şifahi razılıq əldə edib.

Kyezanın İtaliya klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyunun 30-na qədərdir.

"Qoca sinyora" italiyalı ilə müqavilə müddətini ən azı bir mövsüm uzatmaq istəyir. Kyezanın qışda komandadan ayrılacağı gözlənilirdi. 25 yaşlı futbolçu “Fiorentina”da oynayıb və 2020-ci ildə “Yuventus”a keçib. 


Xəbər xətti