Musa Qurbanlı oynadı, "Yurqorden" qələbə qazandı

22:45 30 Sentyabr 2023

Futbol üzrə İsveç çempionatında 25-ci turun görüşləri keçirilir.

Sportarena.az xəbər verir ki, bu gün Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" doğma meydanda "Halmstads"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu oyunun iştirakçısı olub. 21 yaşlı forvard matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

25 turdan sonra 43 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 


Xəbər xətti