Messi azərbaycanlı iş adamı ilə paylaşım edib

01:12 2 Oktyabr 2023

Dünya futbolunun superulduzu, argentinalı Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə fotosunu yayıb.

Sportarena.az xəbər verir ki, o, bu barədə özünün instaqram hesabında paylaşım edib. Futbolçu iş adamını evində qonaq edib. Görüşdə Messi və Əhmədzadənin xanımları da iştirak ediblər.

Eyni zamanda Lionel Messinin həyat yoldaşı Antonella Rokutsa da görüş barədə özünün instaqram hesabında paylaşım edib.

Xatırladaq ki, həmyerlimiz Messinin doğum günündə də iştirak etmişdi. A.Əhmədzadə futbolçuya Azərbaycan xalçası hədiyyə etmişdi. 


Digər xəbərlər

Xəbər xətti