Azərbaycan II liqası: "Cəbrayıl", "Baku Sportinq" və "Şəmkir" qalib gəldi

17:45 2 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında V tura start verilib.

Sportarena.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub. "Cəbrayıl" "Kür-Araz"ı, "Baku Sportinq" "Lerik"i məğlub edib. "Ağdaş"ı üstələyən "Şəmkir" isə mövsümdə ilk qələbəsini qazanıb.

"Cəbrayıl" - "Kür-Araz" 1:0

Qol: Baxşəli Baxşəliyev, 32

"Şəmkir" - "Ağdaş" 3:2

Qollar: Elgün Namazov, 1, Tural Vəlizadə, 20 (pen), Ürfan Hüseynov, 44 - Zamiq Abubəkirov, 40, Xəzər Məmmədov, 66

"Lerik" - "Baku Sportinq" 0:2

Qollar: Röyal Nəcəfov, 32, Elgün Abbaslı, 78 


Digər xəbərlər

Xəbər xətti