“Sabah” Niderland klubuna qalib gəldi

10:00 3 Oktyabr 2023

“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda 2023/2024 mövsümünə qələbə ilə başlayıb.

Sportarena.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ilk sınağında Niderland təmsilçisi “Donar”la qarşılaşıb.

Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutan qarşılaşma gərgin keçib. Yekunda “Sabah” qroningenlilər üzərində 75:72 hesablı qələbəyə sevinib.

“Sabah” ikinci oyununu oktyabrın 3-də yerli “Rabotniçki”yə (Skopye) qarşı keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti