“Neftçi” - “Zenit” matçının başlama saatı açıqlandı

09:00 3 Noyabr 2023

“Neftçi” Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Matçın biletləri tezliklə satışa çıxarılacaq.

Qeyd edək ki, “ağ-qaralar” bu ilin yayında Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə məğlub olmuşdu. 


Digər xəbərlər

Xəbər xətti