Premyer Liqada "Zəfər turu": "Səbail" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB

21:43 3 Noyabr 2023

Bu gün Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş olub. "Səbail" "Turan Tovuz"u qəbul edib. Qarşılaşmaya 19:00-da başlayıb. 

2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad etdi. Şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib. Peşəkar Futbol Liqası qələbəmizin 3-cü ildönümü münasibətilə Misli Premyer Liqasının XII turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.

Azərbaycan Premyer Liqası
"Zəfər turu"

3 noyabr

19:00 "Səbail" - "Turan Tovuz" 2:1
Baş hakim: Kamranbəy Rəhimov
"ASCO Arena"


Xəbər xətti