"Qalatasaray"da Muslera şoku

15:54 4 Noyabr 2023

"Qalatasaray" Türkiyə Super Liqasının 11-ci turunda doğma meydanda "Kasımpaşa"nı 2:1 hesabı ilə məğlub edib.

Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar" bu görüşdə ciddi itki ilə üzləşib. "Cim bom"un kapitanı Fernando Muslera sıradan çıxıb.

37 yaşlı qapıçı qarşılaşmanın 57-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Klubun həkiminin verdiyi məlumata görə, uruqvaylı qolkiperin əlində çıxıq aşkarlanıb. Onun son durumu bu gün bəlli olacaq.

Muslera zədəsi ciddi olacağı təqdirdə 8 noyabr tarixində Çempionlar Liqası qrup mərhələsinin "Bavariya" ilə səfər matçında iştirak edə bilməyəcək. 


Xəbər xətti