PFL rəsmisi “Şturm Qrats” (Avstriya) – “Lill” matçında

12:45 29 Fevral 2024

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.

UEFA Konfrans Liqası turnirinin 1/8 final mərhələsi çərçivəsində martın 7-də Avstriyanın Qrats şəhərində yerləşən “Stadium Graz Liebenau” stadionunda keçiriləcək “Şturm Qrats” (Avstriya) – “Lill” (Fransa) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq. 


Digər xəbərlər

Xəbər xətti