Futbolumuzda daha bir BİABIRÇILIQ

Sportarena.az      16 Dekabr 2014 , 13:11

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda daha bir biabırçı hadisə baş verib.

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, “Lokomotiv” klubu birinci dövrənin son turunda “Zirə” ilə görüşə 11 nəfərlə çıxıb.

 

Buna səbəb maaşlarını ala bilməyən futbolçuların çoxunun oyuna çıxmaqdan imtina etməsidi. “Zirə” ilə qarşılaşmada ehtiyat oyunçuları olmayan “dəmiryolçular”da ən diqqətçəkən məqam ikinci qapıçı Orxan İrzaquliyevin məcburiyyətdən yarımmüdafiə xəttində çıxış etməsi olub. Xoşbəxtlikdən matçın gedişində heç kim zədələnməyib və komanda oyunu 11 futbolçu ilə də tamamlayıb.

 

İndi “Lokomotiv”in ikinci dövrədə iştirak edib-etməyəcəyi bəlli deyil. Komandanın baş məşqçisi Novruz Əzimov əməkdaşımızla söhbətində klubun və özünün gələcək taleyinin qeyri-müəyyən olduğunu deyib: “Hələ heç nə deyilməyib. Komandanın dağılıb-dağılmayacağı, həmçinin mənim burda qalıb-qalmayacağım bəlli deyil. İnanıram ki, komandaya yeni oyunçular qatıb, çıxışımızı davam etdirəcəyik. Yəqin ki, dekabrın 21-dən sonra bu məsələyə aydınlıq gələcək”.

 

Qeyd edək ki, son turda “Zirə”yə 0:3 hesabı ilə məğlub olan “Lokomotiv” birinci dövrəni 12-ci pillədə tamamlayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin