"Arena" verilişi : "Xəzər-Lənkəran" həmişə "ilk üçlük" üçün mübarizə aparıb, ona görə qələbə qazanmağa borcludur" - FOTOLAR

Sportarena.az      17 Dekabr 2018, 15:16

"İnterAz" televiziyasında yayımlanan "Arena" verilişinin növbəti çəkilişi reallaşıb.

Sportarena.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları "Xəzər-Lənkəran"ın əvəzedicilərinin sabiq çalışdırıcısı, bir  vaxtlar "Masallı" klubunun baş məçqçisi olmuş Fazil Əsədov və "Rəvan"ın U-19 komandasının baş məşqçisi Fizuli Məmmədov olub. Verilişdə "Qarabağ"ın layiqili qələbəsinin əlindən alınmasından, Premyer Liqanın XVI turunun müzakirəsindən və digər maraq doğuran məsələlərdən danışılıb. Fizuli Məmmədov veriliş zamanı əvvəllər "Xəzər-Lənkəran"dakı çıxışına toxunaraq bu komandanın daima qələbələr qazanmasının istədiyini vuğulayıb :

 

"Mən bu komandanın uğurları üçün çalışmışam və indi də "Xəzər-Lənkəran"ın oyunlarını diqqətlə izləyirəm. Bu komandanın çox gözəl azarkeşləri və mən bu klubda çörək kəsmişəm. Sizə deyim ki, bu klub həmişə "ilk üçlük" üçün oynayıb və indiki dönəmdə də "Xəzər-Lənkəran" qələbə qazanmağa borcludur. Cənub təmsilçisi həmişə iddialı olub. Hər bir komanda "Xəzər-Lənkəran"la görüşə ciddi hazırlaşıb".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin