Robert Prosineçki qəzaya düşdü

20:15 17 Dekabr 2014

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki qəzaya düşüb. 
 

Sportarena.az publika.az-a istinadən xəbər verir ki, Prosineçki bu gün Azərbaycan Permyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Bakı” – AZAL matçını izləməyə gedərkən Biləcəridə xoşagəlməz hadisə ilə üzləşib. AFFA-dan da bu məlumatı təsdiqləyiblər. Xoşbəxtlikdən, 45 yaşlı çalışdırıcının olduğu avtomobilə ciddi ziyan dəyməyib. Xorvatiyalı gec də olsa, özünü oyuna yetirib.


Digər xəbərlər

Xəbər xətti