"Xəzər-Lənkəran" rəsmisi : "Hər ikisindən FİFA-ya şikayət edəcəyik" - AÇIQLAMA

15:38 19 Dekabr 2014

“Qalin İvanovla Deyan Blajevskiyə xəbərdarlıq etmişik. Onlar barədə ciddi ölçü götürüləcək. Hər ikisindən FİFA-ya şikayət edəcəyik”. Bu sözləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

 

O bildirib ki, “Levski” ilə anlaşmaq üzrə olan İvanovun həmin komandaya keçidi baş tutmayacaq: “Çünki onun bizimlə müqaviləsi mövsümün sonuna qədərdi. Klubun icazəsi olmadan da heç yerə gedə bilməz. İvanovun menecerinə son xəbərdarlığımızı etmişik. Əgər dönməsə, FİFA-ya şikayətimizi bildirəcəyik. Blajevskiyə gəlincə, onun müqaviləsi bu ayın sonuna qədər olsa da, futbolçu vaxtından tez düşərgəni tərk edib. Bununla bağlı da müraciətimiz olacaq”.

 

Qeyd edək ki, Deyan Blajevski “Vardar” (Makedoniya), Qalin İvanov isə “Levski” (Bolqarıstan) ilə danışıq aparır. (apasport)


Digər xəbərlər

Xəbər xətti