"Qarabağ"da ŞOK AYRILIQ

12:19 20 Dekabr 2014

Bu mövsümün gedişində “Qarabağ”a qoşulan və özünü ən yaxşı tərəfdən göstərən İnnosent Emeqara klubdan ayrılıb.

 

Bir neçə gün əvvəl anasının səhhətiylə bağlı İsveçrəyə yollanan Emeqara “Qarabağ”dan ayrılmaq qərarına gəlib.

 

Saytımıza açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu xəbəri təsdiqləyib:

 

“Bəli, o, daha qayıtmayacaq. Emeqaranın ailəsində problemlər var və buna görə də, “Qarabağ”dan ayrılmaq istədi. Yəni burada qala bilmir. Əlaqə saxladı, durumu izah etdi, biz də onu anlayışla qarşıladıq”. (sportal)


Digər xəbərlər

Xəbər xətti