AZAL qonaqlıq verdi

13:00 20 Dekabr 2014

Dekabrın 21-də keçiriləcək "Xəzər-Lənkaran” – AZAL oyunundan sonra istirahətə yollanacaq AZAL PFK-nın futbolçu və məşqçi heyəti rəhbərliklə görüşüb.

 

klubun rəsmi saytına istinadən xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan bu görüşdə komanda üzvlərinə bayram ziyafəti verilib.. Tədbirdə Fikrət Hüseynov klub rəhbərliyi adından bütün futbolçuları, məşqçiləri təbrik edib:”Baş məşqçi Tərlan Əhmədov istəyinə əsasən sizinlə görüşüb, bayramlaşmagı özümüzə borc bildik. "Xəzər-Lənkəran”la oyundan sonra hamı istirahətə yollanacaq. Ona görə də indidən sizlərlə bayramlaşmağı özümüzə borc bildirk. Hamınızın Yeni İlini təbrik edir və uğurlar arzulayırıq.”


Qeyd edək ki,  AZAL-ın kollektivi "Qala Bazar” restoranında   bir araya gəlib. Onu da deyək ki, bu  tədbirdə həmçinin bu gün ad gününü qeyd edən komandanın mətbuat xidmətinin əməkdaşı Elvin Yaqubov da təbrik edilib.


Xəbər xətti