Daha bir Premyer Liqa klubu Antalyaya yollanacaq

18:11 20 Dekabr 2014

“Neftçi” klubunun qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq toplanışının planı müəyyənləşib. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 6-da Bakıda bir araya gələcək komanda hazırlığı ayın 11-dək paytaxtda davam etdirəcək. 


Yanvarın 11-də isə “Neftçi” təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 24-də başa çatacaq Antalya toplanışı zamanı komanda 6 yoxlama oyunu keçirməyi planlaşdırır.


Digər xəbərlər

Xəbər xətti