Rəşad Sadıqov Lənkəranda yubiley oyununu keçirdi

03:02 21 Dekabr 2014

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov yubiley oyununu keçirib.

32 yaşlı müdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb.

 

Bu əlamətdar hadisə Topaz Premyer Liqasının XVII tutuna təsadüf edib. “Xəzər Lənkəran”la səfər oyunu Rəşad üçün 250-ci olub. 2000/01 mövsümündə debüt edən müdafiəçi 3 klubda keçirdiyi 14 mövsümdə 250 matça 14 qol vurub.

 

Qeyd edək ki, Sadıqov Azərbaycan çempionatlarında 250 və daha çox oyun keçirən 42-ci futbolçudu.


Xəbər xətti