"Xəzər-Lənkəran"ın baş məşqçisi : "....heyətdə problemlər var"

Sportarena.az      21 Dekabr 2014 , 19:00

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Xəzər Lənkəran” AZAL-ı qəbul etdi. Oyun 1-1 hesabı ilə yekunlaşdı.

Sportarena.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin qarşılaşma haqqında bunları söyləyib:

 

“Oyunu qalib bitirməli idik. Düzdür, heyətdə problemlər var. Bütün bunlara baxmayaraq, qələbə qazanmalı idik. Düzdür, futbolçularım mübarizə apardılar, qol vurdular. Lakin bu gün keyfiyyət baxımından problem yaşadıq. Ümumi nəticə qazanmaq üçün mübarizə aparmaq lazımdır. Bugünə qədər həyata keçirdiyimiz işlər sayəsində yaxşı futbol sərgiləyirik. Amma futbolda fərdi xətalar var. Bütün bunlara baxmayaraq, yaxşı bir komandaya sahibik. Ümid edirəm ki, mərkəz müdafiəçisi və hücumçu gətirməklə daha yaxşı işlər görə bilərik”.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin