"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Simurq"a 2:5 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sportarena.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:
“Erkən qol vurmağımıza baxmayaraq, az sonra qapımızdan qol buraxdıq. Məğlubiyyət üzücüdür. Hesab belə olmamalı idi. Nə etmək olar? Futbolçularım gəncdir. Biz onları növbəti mövsümlər üçün hazırlayırıq”.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin