Tahir Süleymanov AFFA-nın qapısını döydü : "Neftçi"nin sabiq vitse-prezidentini Elxan Məmmədovla kim görüşdürdü ?

12:29 23 Dekabr 2014

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov AFFA-nın binasında olub.

Sportarena.az saytına verilən məlumata görə, keçmiş vitse-prezident buraya tək gəlməyib. Belə ki, Tahir bəy "Neftçi"nin prezidenti Sadıq Sadıqovla birgə AFFA-nın baş katibi Elxan Məmmədovun yanında olub. Sadıq Sadıqov Tahir Süleymanovun AFFA Hakimlər Komitəsinə sədr olmaq üçün namizədliyini irəli sürüb. Baş katib isə Tahir Süleymanovun adını AFFA HK üçün təklif olunanlar namizədlər sırasına əlavə edib.


Digər xəbərlər

Xəbər xətti