Lənkəran şəhər stadionun ot örtüyü ilə bağlı problem yaşanılmır" - RƏSMİ AÇIQLAMA

14:47 23 Dekabr 2014

Məlum olduğu kimi, bir neçə gün öncə "Xəzər-Lənkəran" stadionunda ot örtüyünün yenilənmə prosesi başa çatdı. Ardıyca da komanda Premyer Liqanın iki oyununu keçirdi. Amma mütəxəssislər ot örtüyünün kövrək olmasına əsaslanaraq yenidən pis duruma düşəcəyindən ehtiyat edirdilər.

Sportarena.az saytına açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu stadionun ot örtüyünün tam qaydasında olduğunu bildirdi :

"Stadionun ot örtüyünün kövrək olmasından xəbərdar idik, amma hələ ki, stadionun ot örtüyü ilə bağlı problem yaşanılmır. Bildiyiniz kimi, iki ev matçı da keçirmişik. Hazırda hər şey normaldır".

 

İlkin, Sportarena.az


Xəbər xətti