"Xəzər Lənkəran"ın yeni baş məşqçisi açıqlandı

18:00 23 Dekabr 2014

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, komandanı mövsümün ikinci yarısında Elbrus Məmmədov çalışdıracaq.


Belə ki, klub rəhbərliyi istefa verən türkiyəli Oğuz Çətinin yerinə kənardan mütəxəssis dəvət etməyi lazım bilməyib. Bu üzdən əvəzedici komandanın baş məşqçisi əsas heyətin “sükanı arxasına” keçəcək.

Əvəzedicilərin çempionatında komandasını q”qış çempionluğu”na daşıyan çalışdırıcı ilə klub rəhbərliyi arasında razılıq əldə olunub. Yeni baş məşqçinin təyinatı isə yaxın günlərdə rəsmiləşəcək.

 

Mənbə:apasport.az


Digər xəbərlər

Xəbər xətti