"Google"da 2014-ün ən çox axtarılan idmançısı kim oldu?

18:10 23 Dekabr 2014

Dünyaca məşhur axtarış sistemi olan "Google"da 2014-cü il üçün ən çox axtarış edilən idmançısı məlum olub.

Bu il 80 milyon avro dəyərində "Real"a transfer olunan kolumbiyalı ulduz futbolçu Xames Rodriqes ən çox axtarılan idmançı olub.

 

23 yaşlı yarımmüdafiəçi həqiqətən də Brazilyadakı dünya çempionatından sonra bir andaca məşhurlaşdı. “Real”a gələn gündən özünü evdəki kimi hiss edən Xames La Liqada 14 oyunda forma geyinməyə və 5 qol vurmağa imkan tapıb.


Xəbər xətti