AAAF Parka ünvanlanan MƏKTUB + FOTOLAR

11:00 24 Dekabr 2014

Təxminən 2 il öncə yaxın bir dostum mənə “Xırdalan şəhərində AAAF Park Yaşayış Kompleksi açılıb, gözəl və səliqəli evlər tikilir, yüksək xidmət göstərilir. Bir dəfə getsən heyran qalacaqsan” deyə bildirdi. Mən dostumdan bu xəbəri eşidəndə düz 2 gün AAAF Parkı gömək arzu ilə yaşadım. Nəhayət, o an mənə qismət oldu. Maşallah, ilk andan diqqətimi səliqə-səhman, gözəl mənzərə, digər tərəfdə isə ruh yüksəkliyi ilə çalışan işçilər cəlb etdi. Həmin ərazidə hər kəs evlərin tikintisi ilə məşğul idi. AAAF Parkın içərilərinə doğru getdikcə daha da valeh olurdum.

Genişliyi ilə seçilən, bənzərsiz və yüksək keyfiyyətlə hazırlanmış parkı gəzə-gəzə qəlbimdə mənim də evimin burada olmasını istədim. Qərarımı dərhal verərək satış mərkəzinə baş vurdum. Burada gördüklərim isə məni əməlli-başlı ruhlandırdı. Çünki şərtlər çox sadə və səmərəli idi. Təsəvvür edin ki, çoxillik və faizsiz olmaqla buradan evə sahib ola bilərdim. Bu şərtlər məni qane etdi. Və “mübarək olsun” deyib evi aldım. Evim hazır olanadək 1 il keçdi. Amma mən il ərzində Parka tez-tez gəlirdim. Hər dəfə gələndə burada yeni nəyinsə tikildiyini və getdikcə Parkın daha mənzərəli olduğunu görürdüm. Ən maraqlısı da parkda salınan istirahət məkanlarında kənd həyatı üslubunun olması idi. Bir sözlə, bu bir ildə AAAF Park daha da gözəlləşdi. Və anlamağa başladım ki, ev almaqla bərabər mən AAAF Parkda asudə vaxtımı da səmərli keçirə və gözəl havasından da rahat nəfəs ala biləcəyəm. “Şəhərin hay –küyündənsə Xırdalanın sakit havası yaxşıdır” deyə mənə hər dəfə bildirirdilər, amma əvvəllər inanmırdım.

Parkda ən xoşuma gələn hallardan biri də “Siqaret çəkmək qəti qadağandır” nişanının olması oldu. Mən özüm siqaret çəkmədiyim üçün burada əsl mədəni mühit yaradıldığını görüb çox sevindim. Evim təmir olanda, tanışlarımla AAAF Parka gəlməyi qərara aldıq. Mən onlara burada evimin olduğunu demişdim. Dostlar həm evə baxmaq, həm də parkı görmək istəyirdilər. Mən onlara parkda olan şəraiti demək istəmədim. Fikirləşdim, deyərlər ki, bir ev alıb parkı tərif edir. Amma özləri görəndə və mənə burada yaradılan yüksək şəraitin olduğunu deyəndə özümə də xoş gəldi. Gözəl istirahət və əyləncə mərkəzləri, uşaq meydançaları, bağça, lisey, zövqlə seçilən kafe və restoranlar, hər fəsilə uyğun geyimlərlə təmin olunan mağazalar, idman və buz meydançaları, Spa mərkəzləri, Cinema klub və daha göz oxşayan nələr – parka qonaq gələn dostlarımın saydığı məkanlar idi. Mən də gülərək parkın belə bir şəraitə malik olduğunu təsdiq etdim. Əslində dostlarımdan biri məndən evi alanda onu da özümlə aparmadığım üçün incidi. “Mən indi görürəm buranın şəraitini” deyə bildirdi.

Əlavə edim ki, buradakı xidmətlər həm də sərfəli və cibimizə uyğundur. Artıq bir neçə aydır ki, evimdə rahat yaşayıram. Daimi içməli su və fasiləsiz elektrik enerjisi ilə təmin olunan AAAF Park Yaşayış Kompleksində son günlər daha bir yenilik oldu. İstifadəyə verilən mənzillər istilik sistemi ilə təmin olundu. Ən önəmli olanı da, AAAF Park rəhbərliyi tərəfindən əhali qış ayları ərzində pulsuz olaraq, heç bir kommunal ödəmə etmədən istilik sistemindən yararlana biləcəklər. Bundan gözəl sürpriz olar ?...

Mən bir vətəndaş olaraq yüksək şəraiti və əhaliyə gözəl diqqəti AAAF Park Yaşayış Kompleksində gördüm. Qəlbimdən gələn sözləri hər sinizlə paylaşmaq istədim. AAAF Park Yaşayış Kompleksinin sakini olaraq burada yaşadığımdan məmnun olduğumu və bu məktubu sizə göndərməklə təşəkkürümü bildirmək istədim.

ALLAH işlərinizi avand etsin.

Minnətdaram AAAF Park!

Hörmətlə, AAAF Park sakini Rüfət Nadirli

 


Digər xəbərlər

Xəbər xətti