Vaqif Cavadov oynadı, komandası darmadağın oldu - VİDEO

01:45 25 Dekabr 2014

Türkiyə kubokunun qrup mərhələsinin III turunda növbəti oyunlar reallaşıb.

Sportarena.az xəbər verir ki, bu dəfə millimizin üzvlərinin komandaları qarşılaşıb.A qrupunda yer alan Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” öz meydanında Vaqif Cavadov və Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB”ni sınağa çəkib. Bu oyunda “Sivasspor” 4-0 hesablı qələbə qazanıb. Cihan matçda “18-liy”ə daxil edilməyib. Özkara kimi Ufukun da adı oyun protokoluna salınmayıb. Təmsilçilərimizdən yalnız Vaqif forma geyinib. Start heyətdə meydana çıxan Cavadov 86-cı dəqiqədə əvəzlənib.

 

 


Digər xəbərlər

Xəbər xətti