Luis Suares, yoxsa Şaxta Baba? - FOTO

18:41 25 Dekabr 2014

"Barselona"nın hücumçusu Luis Suares kiçik həmyerlilərinin gələcək bayramları münasibəti ilə təbrik edib. 

Sportarena.az xəbər verir ki, uruqvaylı futbolçu 500 Milad hədiyyəsini Montevideo xəstəxanasında müalicə keçən uşaqlara göndərib.

Kataloniyalı oyunçu hər bir hədiyyənin üzərinə belə bir təbrik yazıb: "Sizı yaxınlarlarınızla xoşbəxt Milad və xoşbəxt 2015-ci il arzu edirəm. Luis Suares və onun ailəsi”.

Qeyd edək ki, hədiyyələr “Santa-Klaus Suares” adından xəstə uşaqlara verilib.

 


Xəbər xətti