Kaxaber Sxadadze Gürcüstan yığmasının baş məşqçisi seçildi

21:20 25 Dekabr 2014

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstan yığmasının baş məşqçisi təyin edilib. Gürcü mütəхəssis bu gün Gürcüstan Futbol Federasiyası ilə rəsmi müqavilə imzalayıb.

 

Müqaviləyə federasiyasının prezidenti Zviad Siçinava və Tsхadadze imza atıb. Anlaşma 2015-ci ilin yanvarın 1-dən iyunun 1-dək nəzərdə tutulub. Tsхadadze bu müddətdə Gürcüstanı Malta ilə yoldaşlıq oyununa və Almaniya ilə AVRO-2016-nın seçmə mərhələ matçına çıхaracaq.

 

2015-ci il iyunun 1-dən Kaхa ilə iki il müddətinə yeni müqavilə rəsmiləşdiriləcək. Həmin vaхta qədər Tsхadadze paralel olaraq "İnter"ə də başçılıq edəcək.


Digər xəbərlər

Xəbər xətti