"Xəzər Lənkəran": 10 illik tarixin ƏN YAXŞILARI

12:11 26 Dekabr 2014

İdman Araşdırmalar Mərkəzi (İAM) "Xəzər Lənkəran”la birgə klubun 10 illik yubileyinə həsr olunmuş daha bir layihəni yekunlaşdırıb.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və rəmzi komandasını seçib.

Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğu keçirilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif edilib.

Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçu olub. Respondentlər bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçiblər.

"Xəzər Lənkəran" tarixinin ən yaxşıları arasında yer alan futbolçular aşağıda adları qeyd olunanlardır.

Rəmzi komanda:
I. Qapıçı: Kamran Ağayev (32 səs)
II. Mərkəz müdafiəçiləri (2): Adrian Skarlatake (30), Elvin Begiri (13)
III. Sağ cinah müdafiəçisi: Füzuli Məmmədov (25)
IV. Sol cinah müdafiəçisi: Radomir Todorov (15)
V. Dayaq yarımmüdafiəçisi: Rahid Əmirquliyev (29)
VI. Mərkəz yarımmüdafiəçisi: Mario Souza (18)
VII. Sağ cinah yarımmüdafiəçisi: Julius Vobay (17)
VIII. Sol cinah yarımmüdafiəçisi: Adrian Pit 22)
IX. Hücumçular (2): Zaur Ramazanov (29), Oqtay Dərəlioğlu (14)
X. Ən yaxşı yerli futbolçu: Rahid Əmirquliyev (14)
XI. Ən yaxşı legioner: Oqtay Dərəlioğlu (11)


Digər xəbərlər

Xəbər xətti