"Qarabağ" rəsmisi "Xəzər-Lənkəran" futbolçusu haqqında danışdı

12:19 26 Dekabr 2014

“Xəzər Lənkəran”la yolları ayrılan Əfran İsmayılov, Rauf Əliyev və Adrian Skarlatakenin hansı kluba keçəcəyi maraq doğurur.

Sportarena.az xəbər verir ki, yayılan xəbərlərdə Skarlatakenin “Qarabağ”ın maraq dairəsinə düşdüyü bildirilir. Bu məsələyə aydınlıq gətirmək üçün “Qarabağ”ın baş meneceri Asif Əskərovla danışdıq: “O futbolçuların hazırda boşda olmasın bilirik. Ancaq komandamızın baş məşqçisi Qurban Qurbanov bizə onlardan hansısa biriylə danışıq aparmaq üçün fikir bildirməyib. Bu səbəbdən də, adı çəkilən bu futbolçulardan hansısa birinin “Qarabağ”a keçidi gündəmdə deyil. Ancaq ola bilər ki, qarşıdakı günlərdə baş məşqçimiz bu barədə tapşırıq versin. Ancaq indiyə kimi belə bir fikir olmayıb”. (stadium.az)


Xəbər xətti