SON XƏBƏR - Emeqara "Qarabağ"a dönməyəcək ?

12:30 26 Dekabr 2014

Emeqaranın "Qarabağ"a geri qayıtmayacağı dəqiqləşib. 

Sportarena.az xəbər verir ki, hücumçu "Futbol+"ə verdiyi açıqlamada bütün suallara aydınlıq gətirib və geri dönməyəcəyini bildirib:

"Qarabağ”la müqavilənin müddətini uzatmayacam. Orda hər şey ürəyimcə idi. Komandaya uyğunlaşmaqda çətinlik çəkmədim, həm də şərtlər məni qane edirdi. İnsanların və komanda yoldaşlarımın qonaqpərvərliyi də öz yerində. Sadəcə,  ailəmdə yaşanan problemə görə bir müddət evdə olmalıyam. Anamın vəziyyəti  nisbətən yaxşıdır. Ancaq mən onu bu vəziyyətdə qoyub başqa ölkəyə gedə bilmərəm. Çox güman ki, karyeramı İsveçrədə davam etdirəcəm. Dünyalar qədər sevdiyim anam üçün edə biləcəyim yalnız budur. Fürsətdən istifadə edib mənə güvənən klub rəhbərliyinə və baş məşqçiyə təşəkkür edirəm. Bizi dəstəkləyən azarkeşlərı və siz jurnalistlərə də minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, "Qarabağ” növbəti çempionluğunu bayram edib, Avropada uğurlu çıxışını davam etdirəcək”.


Xəbər xətti