"Zirə" islahatlara başladı : 10 futbolçu komandadan göndərildi

12:38 26 Dekabr 2014

"Zirə" islahatlara start verib. 

Sportarena.az xəbər verir ki, birinci divizion təmsilçisi 10 futbolçusu ilə yollarını ayırıb. 

Komandanı Vüqar Əsgərovdan sonra Tural Abbaszadə, Ziyadxan Məmmədov, Elmixan Məmmədov, Ceyhun Abdullayev, Fərid Bağırov, Emin Mustafayev, Rövşən İsmayılov, Natiq Abbasov və Ayzer Abbasov tərk edib.

Qeyd edək ki, "Zirə" ilk dövrəni 23 xalla 6-cı pillədə tamamlayıb.


Digər xəbərlər

Xəbər xətti