Zirvə Uşaq İdman Akademiyasında “Yeni il” şənliyi (R)

13:46 26 Dekabr 2014

Zirvə Uşaq İdman Akademiyasında “Yeni il” şənliyi keçirildi. Balacaların həyata sərbəst və özlərinə güvənərək addım atması üçün mükəmməl bir məkan olan Zirvə Uşaq İdman Akademiyasında uşaqların “Yeni il” sevincini duymaq həqiqətən gözəl idi. Şənlikdə yeni ilin personajlarından “Şaxta baba” da istirak etdi.

Maraqlı oyunlar, əyləncəli rublikalar, balacaların çıxışları, rəqsləri, nitq söyləmələri şənliyə daha da maraq qatdı.

Uşaqlar bizim gələcəyimizdir. Uşaqlarınızın güvənli gələcəyinin təmin edilməsini, erkən yaşlarından hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşması üçün “Zirvə Uşaq İdman Akademiyası “ hər zaman yardımçı olmağa hazırdır.

Hər kəsi “Yeni il” münasibətitə təbrik edirik.


Xəbər xətti