“Qalatasaray” “Arsenal”ın hücumçusuna göz dikib

13:53 26 Dekabr 2014

"Qalatasaray" yanvarda göndərməyi planlaşdırdığı Qoran Pandevi kiminlə əvəzləyəcəyini tapıb.

 

"Arsenal"da ümidləri doğrultmayan Kosta-Rika millisinin üzvü Joel Kempbell "aslanlar"ın maraq dairəsindədi.

 

Pandevi hər hansı kluba icarəyə verməyi düşünən "Qalatasaray", Kempbelli də eyni qayda ilə heyətinə cəlb etmək fikrindədi.

 

Son günlər kosta-rikalının göstərdiyi oyundan razı qalmayan "topçular"ın çalışdırıcısı Arsen Vengerin də onun gedişinə mane olmayacağı deyilir.

 

Braziliyada keçirilən dünya çempionatında özünü yaxşı tərəfdən göstərən Kempbell İngiltərə Premyer Liqasında heç də uğurlu ola bilmədi. Cari mövsümdə cəmi 4 oyunda meydana çıxan Joel hələ qol vurmayıb.


Digər xəbərlər

Xəbər xətti