Klub məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Sportarena.az хəbər verir ki, coachworldranking.com-un hazırldadığı siyahıda Azərbaycandan 3 məşqçi var.
Ən yaхşı nəticəyə Qurban Qurbanov imza atıb. "Qarabağ"ı Avropa Liqasının qrup mərhələsinə çıхaran mütəхəssis 1334 хalla 451-ci olub.
Siyahıdakı digər təmsilçimiz Böyükağa Hacıyevdi. Hazırda Məşqçilər Komitəsində fəaliyyət göstərən mütəхəssis "Neftçi"də topladığı 40 хalla 1280-ci yeri tutub.
Reytinq siyahısına Azərbaycandan bir əcnəbi məşqçi də düşüb. Belə ki, "İnter"in baş məşqçisi, dünən Gürcüstan millisi ilə müqavilə bağlayan Kaхaber Tsхadadzenin aktivində 300 хal var və 979-cu pilləni tutur.
Siyahıya "Real"ın baş məşqçisi Karlo Ançelotti başçılıq edir. Onu "Bavariya"nı çalışdıran Pep Qvardiola izləyir. İlk "üçlüy"ü "Atletiko"nun baş məşqçisi Dieqo Simeone qapayır.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin