Elxan Məmmədovdan AFFA-nın sabiq baş katibinə yubiley təbriki - FOTO

16:30 26 Dekabr 2014

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov assosiasiyanın sabiq baş katibi Fuad Əsədovla görüş baş tutub.

 

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, anadan olmasının 75 illik yubileyi ilə əlaqədar Əsədovu AFFA rəhbərliyi adından təbrik edən Məmmədov yubilyara xoş arzularını çatdırıb.

 

Üzərində F.Əsədov - 75 yazılmış Azərbaycan milli komandasının futbolkası yubilyara hədiyyə olunub. Əsədov təbrikə və səmimi sözlərə görə AFFA-ya minnətdarlığını bildirib. 


Digər xəbərlər

Xəbər xətti