Arda Turan baş nazirə “Odlar Yurdu Azərbaycan” yazılı formanı təqdim etdi - FOTOLAR

Sportarena.az      27 Dekabr 2014 , 01:49

Türkiyənin baş naziri Əhməd Davudoğlu futbolçu Arda Turanla məşhur teleaparıcı Acun İlicalını rəsmi iqamətgahında qəbul edib.

Sportarena.az xəbər verir ki, görüş zamanı Ə.Davudoğlu Arda Turanla səmimi dialoq qurub:

 

- İşlərin necədir? Yaxşı gedir?

- Çox şükür, qürbətdə olsaq da, hər şey yaxşıdır.

 

Daha sonra baş nazir belə deyib:

“Ölkəmizi layiqncə təmsil edirsən. Özünə inanan hər bir şəxs qürbətdə olsa belə, çətinliklərə sinə gərməyi bacarır. Sən də belələrindənsən. Mən də  gənclik illərində çox futbol oynamışam. Son Qurban bayramında mühafizəçilərlə oynadıq, Çoxdan oynamamağıma baxmayaraq, komandamızın 11 qolundan altısını mən vurdum”.

 

Davudoğlunun 6 qol vurduğunu söyləməsindən sonra Arda Turanın dediyi bir söz  görüşdə olanları güldürüb:

“Prezidentimiz sizi çətin günlər üçün saxlayır hər halda”.

 

Acun İlicalı da matçın təşkilatçılığını boynuna götürüb:

“Bu işin təşkili də mənim öhdəmə düşər”.

 

Səmimi söhbətdən sonra Arda Turan baş nazirə "Atletiko"da geyindiyi “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) yazılı 10 nömrəli formanı hədiyyə verib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin