“Qəbələ” kubokda “Neftçi”yə rəqib oldu

03:00 27 Dekabr 2014

“Qəbələ” Futbol Akademiyasının komandaları ötən həftə ərzində növbəti oyunlarını keçirib.

 

Sportarena.az xəbər verir ki, müxtəlif yarış qruplarında qarşılaşmalarda əyalət təmsilçisi 4 qələbə qazanıb.

 

U-17 komandası kubokun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olan “Qəbələ” evdə məğlub edə bilmədiyi (1:1) rəqibinə səfərdə böyük hesabla qalib gəlib – 4:1. Belədə yarımfinala vəsiqə qazanan “qırmızı-qaralar” gələn il “Neftçi” ilə üz-üzə gələcək.

 

U-19 komandası səfərdə “Xəzər Lənkəran”a qalib gəlib – 3:1.12 oyunda 23 xal toplayan komanda hazırda 4-cü pillədə qərarlaşıb. İlin son matçında “Qəbələ” “Sumqayıt”la evdə qarşılaşacaq.

 

U-16 komandası “Rəvan”a 4:1 hesabı ilə qalib gəlib. 12 oyundan sonra 31 xal toplayan “qırmızı-qaralar” qış fasiləsinə 2-ci pillədə yollanıb.

 

U-15 komandası 2014-cü ilə “Simurq” üzərində böyükhesablı qələbə ilə yekun vurub – 8:1. 12 oyundan  29 xal toplayan komanda mövsümün birinci yarısını lider kimi başa vurub.  


Digər xəbərlər

Xəbər xətti