Braziliyalı ulduz “Fənər”ə gələsi olmadı

11:14 27 Dekabr 2014

Bir vaxtlar “Milan”da ulduzu parlayan braziliyalı Patonun “Fənərbaxça”a keçəcəyi ilə bağlı xəbərlər yayılıb. 
 

Patonun meneceri bu istiqamətdə yayılan xəbərləri təkzib edib: “Pato ilə bir çox Avropa klubları maraqlanır. Lakin onların arasında “Fənərbaxça” yoxdur. İstanbul klubundan heç bir təklif almamışıq. Pato hələlik karyerasını Braziliyada davam etdirəcək”

Qeyd edək ki, 25 yaşlı futbolçu “Korintians” klubuna məxsus olsa da, “San Paolo”da icarə əsasında oynayır.


Xəbər xətti