SON XƏBƏR - Bakı meri FİFA hakiminin balkonunu sökdürdü

17:00 27 Dekabr 2014

Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Xətai metrosu yaxınlığındakı binalardan artırma balkonların sökülməsinə göstəriş verib. 
 

Sportarena.az “sportnet.az”a istinadən xəbər verir ki, söküntü işləri Respublika Perinatal Mərkəzinə (Doğum evi) bitişik binalarda aparılır. Plana düşən balkonlar arasında futbol üzrə yeni beynəlxalq dərəcəli baş hakim Orxan Məmmədovun mənzilinə məxsus olanı da var. Merin şəxsən göstərişi ilə aparılan söküntü işlərini mənzil sahiblərinin özlərinin yerinə yetirməsi istənilib. Bu isə mənzil sahiblərinin xüsusi texnikadan istifadə etmədən işləri görməsinə səbəb olub. Bu proses bir neçə gündür davam edir. 


Digər xəbərlər

Xəbər xətti