"Qarabağ" rəsmisi : "Xəzər-Lənkəran"ın futbolçusunun transferi ilə bağlı məsələ gündəmdə deyil" - AÇIQLAMA

19:28 27 Dekabr 2014

Xəbər verdiyimiz kimi, "Xəzər-Lənkəran" rumın futbolçu Adrian Skarlatake ilə yollarını ayırıb.

Sportarena.az xəbər verir ki, futbolçu ilə "Qarabağ" klubunun maraqlandığı söylənilirdi. Məsələ ilə bağlı klubun Mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladıq. O saytımıza açıqlamasında bunları bildirdi :

"Rumın futbolçunun komandamıza keçəcəyi ilə bağlı xəbərlər yayılır. Amma deyim ki, hazırda o futbolçunun transferi ilə bağlı məsələ gündəmdə deyil".


Digər xəbərlər

Xəbər xətti