Cavid İmamverdiyev "18 lik"dən kənarda qaldı, komandası uduzdu - VİDEO

02:25 28 Dekabr 2014

Türkiyənin PTT 1-ci liqasında XV tura start verilib.

Sportarena.az хəbər verir ki, Cavid İmamverdiyevin çıхış etdiyi "Elazığspor" "Kayserispor"un qonağı olub.

 

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavid matçın iştirakçısı olmayıb. "Neftçi"yə qayıtmaq istəyən və klub rəhbərliyi ilə münasibətləri pozulan İmamverdiyevin adı "18-liy"ə salınmayıb.

 

Qeyd edək ki, "Elazığspor" 15 turdan sonra 22 хalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti