Bakıda Bayram yürüşü keçirildi - FOTOSESSİYA

01:23 28 Dekabr 2014

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan Velosiped İdmanı Federasiyası "SharkHead" velosipedçilər klubu ilə birlikdə velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirib. Apasport.az saytının məlumatına görə, bayram əhval-ruhiyyəsində keçirilən tədbir başlamazdan öncə yürüş iştirakçılarını tandem velosipedlə Azadlıq Meydanına gələn Şaxta Baba və Qar Qız salamlayıb.

 

200-dən artıq peşəkar və həvəskar velosipedçinin qatıldığı veloyürüş Hökumət Evinin qarşısından start götürüb.

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, artıq ənənə halını alan yürüşə maraq ildən-ilə artır: "Hər şeydən öncə qarşıdan gələn bayramlar münasibətilə xalqımızı federasiyamız adından səmimi qəlbdən təbrik edirəm. Bildiyiniz kimi, hər ilin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası həvəskarlar üçün belə bir yürüş təşkil edir. Builki yürüşdə "SharkHead" Velosipedçilər Klubu da aktiv şəkildə iştirak edir. Bizi sevindirən əsas məqam bu cür yürüşlərə insanların marağının durmadan artmasıdı. Bu yürüş həm də ona görə vacibdir ki, qoy avtonəqliyyat vasitələri sahibləri velosipedçilərlə eyni yolda hərəkət etməyin mümkünlüyünü qəbul etsinlər".

 

Bayram tədbirinin müxtəlif yaş qrupuna aid olan iştirakçıları şəhər küçələri ilə 18 km məsafə qət ediblər və yürüş elə başladığı yerdə sona çatıb. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunub.


Xəbər xətti